XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 15:15

Putinin baş strateqi İraqda imam Hüseynin 40 mərasiminə qatıldı:“Neçə illərdir ki, bu əzəmətli hadisəni izləmək istəyirdim”

Dünya şöhrətli ideoloq Aleksandr Duqin İraqda imam Hüseynin şəhid olmasının 40 –cı günü ilə bağlı keçirilən Ərbəin yürüşünə qoşulub.

Kremlin hazırkı siyasətinin ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Ərbəində gördüklərinə heyran olub. O, "Ərbəin öz əzəməti ilə insanları heyran edir" deyib.

Aleksandr Duqin Ərbəin əzəmtini canlı görmək üçün İraqa səfər etdiyini bildirib: "Mən neçə illərdir ki, bu əzəmətli və mühüm hadisəni izləyir, hər zaman onu daha yaxından müşahidə etmək üçün fürsət gözləyirdim. Nəhayət ki, dostumuz Talibzadənin səyləri ilə bu arzumuz həyata keçdi. Məndən başqa bir-neçə nəfər türk dostumuzun da belə bir arzusu var idi. Bu gün onlar da mənimlə birlikdə yürüşdə iştirak edirlər.

Mənim nəzərimə görə Ərbəin Yürüşünün beynəlxalq bir hadisə olduğu hər gün daha çox üzə çıxır. Çünki bu yürüşdə bütün millətlər, məzhəblər, hətta xristianlar iştirak edir, bir araya gəlirlər.

Bu hadisə dünya miqyasında baş verəcək mühüm bir dəyişikliyin müqəddiməsidir. Mən öz çıxışlarımda dəfələrlə bildirmişəm ki, modern dünyada liberalizm ideyaları sona çatmışdır. Liberalizm və kapialst yönlü ideyalar bəşəriyyəti böhran burulğanına salmaqdan başqa bir işə yaramadı. Bəşər bu gün ilahi və mənəvi dirçəlişə möhtacdır".

Qeyd edək ki, məşhur ideoloqu bu səfərdə türk və rus olmaqla bir neçə tanınmış ictimai xadim də müaiyət edir. (vetenuqrunda.az)