Roma Papası Fransis Rohinca qaçqın böhranına beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün Myanmaya səfər edib.
Papa Fransisi Yanqon airoportunda Myanmanın ən kiçik dini qrupu olan Katolik ruhaniləri tərəfindən qarşılanıb. Myanmada xristianlar;n;n sayının az olmasına baxmayaraq xeyli sayda insan əllərində sarı Vatikan bayraqları iləYanqon küçələrinə çıxaraq Papanın avtokarvanını salamlayıblar. Papa Myanmada qaldığı müddətdə ayrı-ayrılıqda Myanmanın lideri Aunq San Suu Kyi və Buddist rahiblərlə görüşəcək.
Papa Rohincalı qaçqınlarla görüşmək üçün cümə axşamı Banqladeşin Daka şəhərinə səfər etmişdi. Myanma və Banqladeşin rəsmiləri Banqladeşə qaçan Rohinca müsəlmanlarının Myanmaya geri dönməsinə dair ümid bəslədiyini bildirib.