XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 18:32

QMİ Trampın Qüdslə bağlı bəyanatına heç bir reaksiya vermir –Din xadimləri gözləmə mövqeyini seçiblər

ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən oraya köçürülməsi haqqında qalmaqal yaradan qərarı islam aləmində və dünyanın bir çox yerində qəzəbə səbəb olub.

Bir çox Avropa liderləri və BMT baş katibi bu qərarı pisləyib. Bütün dünyada islam xadimləri etirazlarla çıxış edərək, birgə addım atmağa çağırıblar. Bu fonda Azərbaycan din xadimlərinin susqunluğu təəccüb doğurur. Turan-ın Qafqaz Müsəlmanları İdarəsindən və ayrı-ayrı din xadimlərindən şərh almaq cəhdləri nəticə verməyib.

Bu gün rəsmi Bakı XİN mətbuat xidmətinin heç bir məna kəsb etməyən şərhi ilə kifayətlənib.