XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 17:58

7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb –Dövlət Komitəsi

 

Mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, bunu komitədə bu gün keçirilən müşavirədə qurumun Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov  bildirib.

Qeyd olunub ki, inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.