Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə foto və videoçəkilişi qadağan edib.
AzNews.az Daily Sabah-a istinadən xəbər verir ki, qadağa ilk növbədə Məkkədəki əl-Haram məscidi və Mədinədəki Peyğəmbər məscidinə aiddir.
Çəkiliş ilk növbədə media nümayəndələri üçün qadağan olunub. Hakimiyyət bunu müqəddəs yerlərə hörmət və təhlükəsizlik naminə etdiyini bəyan edib.