XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 16:09

Dünyanın ən gözəl məscidləri- Siyahıda Bibiheybət də var

Məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Bibiheybəti xüsusi vurğulayıb.

Trend-in məlumatına görə, jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.

Azərbaycandan olan dizayner Leyla Uluxanlının müəllifi olan kitab dünyanın ən gözəl 53 məscidindən bəhs edir.

Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir.