XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 22:13

Londonda ilk dəfə qadın baş keşiş təyin edilib

İngiltərə kilsəsi ilk dəfə olaraq qadını Londonun baş keşişi təyin edib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bu, 55 yaşlı sabiq tibb bacısı Sara Mallalidir. 32 ildən artıqdır Londonda yaşayan qadın ailəlidir və onun iki övladı var. "Bu, mənim üçün böyük şərəfdir", – deyə qadın bildirib.

Anqlikan kilsəsi 1994-cü ildən etibarən qadınlara baş keşiş vəzifəsinin tutmağa icazə verib, lakin təcrübədə bu il dəfə 2014-cü ildə baş verib.