XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 12:29

Qəbirlərin qorunmasına dövlət nəzarət edəcək –Yeni qanun

Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb. 

Abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun olaraq həyata keçiriləcək.

Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub/APA.