XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 16:20

Doqquz dini icmaya şəhadətnamə verildi –“Şex Səfi” məscidi qeydiyyata alındı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, sədr müavini Siyavuş Heydərov icmaları cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, eyni zamanda tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsində fəal rol oynamağa, yeni təşəbbüslərlə çıxış etməyə çağırıb. Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd  məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb. Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.