Belçikada yaşayan 92 yaşlı qadın Corcite Lepaul dinini dəyişərək İslama keçib.
“Sputnik Azərbaycan” bu barədə "Timeturk"-ə istinadən xəbər verir. Dinini dəyişən ən yaşlı insan olaraq tarixə keçən Lepaul hicab da taxıb. Ciddi marağa səbəb olan belçikalı qadının fotoşəkilləri sosial şəbəkələrdə minlərlə istifadəçi tərəfindən paylaşılıb.