XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 14:29

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq:"Qiymətlərdə artım gözlənilir"

Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra – yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.

Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.

Bu il Azərbaycandan indiyə qədər ən az sayda – 900 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.