XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 21:39

ABŞ 10 ölkəni “qara siyahı”ya saldı –SİYAHI

ABŞ din azadlığını pozmaqda ittiham edilən ölkələrin siyahısını təsdiq edib.

“Röyters” agentliyi xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

Siyahıya son günlər ABŞ-la münasibətləri gərginləşən Pakistan da daxil edilib. Ümumilikdə, siyahıda Pakistandan başqa, Çin, Eritreya, İran, Şimali Koreya, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistan yer alıb.

Sözügedən siyahı 1998-ci ildən dinin beynəlxalq azadlığı haqqında Amerika qanununa uyğun olaraq tərtib edilir/Publika.az.