XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 22:20

ABŞ-da yaşayan müsəlmanların sayı açıqlandı –30 il sonra vəziyyət necə olacaq?

 

ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb.

“Report” xəbər verir ki, bu məlumatı Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzi açıqlayıb.

İnformasiyaya əsasən, son 7 ildə ölkədəki müsəlmanların sayı 700 min nəfər çoxalıb. 2050-ci ildə ABŞ-da müsəlmanlarının sayının 8,1 milyona çatacağı gözlənilir. 2015-ci ildə dünya üzrə müsəlmanların sayı 1,8 milyard olub. 2060-cı ilədək onların sayının 3 milyard olacağı ehtimal edilir.

Əsrin sonunda onların sayının xristianlardan çox olacağı proqnozlaşdırılır.