İranın Şərqi Azərbaycan erməni yeparxiyası Təbrizdə milad bayramını qeyd edib.
Strateq.az İRNA-ya istinadən bildirir ki, erməni arxiyepiskopu Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəri Təbrizdə yerləşən Müqəddəs Məryəm kilsəsində qeyd olunan Milad Bayramında iştirak edib. Arxiyepiskop bayram tədbirində iştirak edən yerli məmurları salamlayıb: “Bu əyalətdə yaşayan ermənilər İran xalqları və vəzifəli şəxsləri ilə bir yerdə və həmrəydirlər. Onlar islam isteblişmentinin üzvləridir. Biz müsəlmanlarla qardaşıq”.
Çiftiçiyan ABŞ prezidentinin Qüdslə bağlı qərarını pisləyib: “Böyük şeytan və qlobal xüdbinlər Fələstini parçalamaq istəyirlər. Fələstin, Qüds və Beytul-Haram ayrıca insana deyil, bütün dinlərə məxsusdur”.
Qeyd edək ki, Tehran, Təbriz, Urmiya, İsfahan da daxil olmaqla İranın müxtəlif şəhərlərində 120 min erməni yaşayır.