XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 18:14

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyuldu –İkinci dəfə Həccə getmək mümkün olmayacaq

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.

Artıq Həccə getmək istəyənlərdən daha əvvəl ziyarətdə olmamaları tələb edilir.

Qeyd edək ki, daha əvvəl bu tələb son 5 ildə Həcc ziyarətində olmamaqla kifayətlənirdi.

Həcc ziyarətinə namizədlərin seçimi rayon (şəhər) hakimləri tərəfindən yaradılmış 7 nəfərdən ibarət işçi qrupları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Özbəkistan Müsəlmanları Dini İdarəsi Həcc ziyarəti məqsədilə Məkkəyə getmək istəyənlər üçün tələbləri sərtləşdirib. Belə ki, ziyərət üçün nazmizəd kifayət qədər vəsaitə sahib olmalı, həmçinin yaşadığı məhəllədə nüfuzlu şəxs olmalıdır/Report.