XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 00:12

Hindistan müsəlman zəvvarlara verilən dövlət yardımını dayandırdı –Həmin vəsait uşaqların təhsilinə xərclənəcək

Hindistan hökuməti müsəlman zəvvarlara verilən dövlət yardımını dayandırıb.

Teleqraf.com xəbər verir ki, etnik azlıqlarla iş üzrə dövlət komitəsinin başçısı Muxtar Abbas Naqvi 1959-cu ildən bəri Həcc ziyarətinə gedən hind müsəlmanlar üçün yol yardımının bu ildən etibarən kəsildiyini bəyan edib.

Onun sözlərinə görə, həmin vəsait etnik azlıqların uşaqlarının təhsilinə xərclənəcək. Naqvi qərara rəğmən bu il Hindistandan 175 min şəxsin müqəddəs torpaqları ziyarət edəcəyini deyib. O, bu rəqəmin Hindistan üçün rekord olduğunu dilə gətirib.

Muxtar Abbas Naqvi bildirib ki, Hindistanın Səudiyyə Ərəbistanı ilə razılaşmasına əsasən zəvvarlar Həcc ziyarətinə gəmi ilə gedəcək.

Xatırladaq ki, hər il Hindistanda müqəddəs torpaqları ziyarət edən zəvvarların təyyarə biletlərinin xərclərinin yarısı dövlət tərəfindən ödənilirdi.