XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 22:18

Bakıda reyd keçirilib:satışına razılıq verilməyən dini təyinatlı ədəbiyyat aşkarlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqənin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Baxış zamanı müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan “Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 (dörd yüz) ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntusu ilə əlaqədar adıçəkilən mağazanın satıcısı Mehdiyeva Ruhiyyə Mirhüseyn qızı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə məhkəməyə göndərilib.