XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 18:23

Patriarx Kirill:"Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın"

"Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın".

Bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rus pravoslav kilsəsinin rəhbəri, patriarx Kirill deyib.

Patriarx qeyd edib ki, son zamanlar insanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb müxtəlif kriptovalyutalar, bitkoinlər alır: “Amma sonra bitkoinin dəyəri qəfildən düşür və insanlar başa düşür ki, heç nə qazanmayıb, əksinə hər şeyi itiriblər”.

Kilsə rəhbəri vurğulayıb ki, bu vəziyyətdə dövlət vətəndaşları risklərdən və hətta yalanlardan qorumalıdır. O əlavə edib ki, ona görə bu məsələdə dövlət tənzimləməsi olmalıdır/Trend