XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 23:15

Tacikistanda 2 minə yaxın məscid bağlanıb –Din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir

 

"Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb".

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda fevralın 5-də jurnalistlərə bildirib. “Onlara qeydiyyatdan keçmək üçün vaxt verilmişdi. Ancaq müəyyən edilən müddət ərzində qeydiyyatdan keçmədikləri üçün məscidlər bağlandı”, – komitə sədri vurğulayıb.

Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilirlər. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir.