XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 15:17

“Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır” –Prezident

“Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır”.

Bunu fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Ölkə başçısı bunu vətəndaş sülhünün aparıcı şərti kimi xarakterizə edib və Azərbaycanın dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanındığını bildirib.

Xarici siyasətlə bağlı yürüdülən siyasətin özünü doğrultduğunu, Azərbaycanın dostlarının sayının çoxaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, müsəlman aləmində çox böyük dəstək qazanıb, Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb.