XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 15:39

200 nəfər Həccə getmək üçün müraciət edib –QMİ

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-ə yaxın insan müraciət edib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 200-ə yaxın insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.