XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Mart 2018 - 11:22

Vəliəhd şahzadə:"Səudiyyə qadınları ölkədə ənənəvi geyimdə gəzməyə bilərlər"

Səudiyyə qadınları bəzi detalları bədən və üz nahiyələrini tam olaraq örtən ənənəvi geyimdə gəzib-gəzməmək barədə müstəqil qərar verə bilərlər.

CBS telekanal bildirir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.

O bildirib ki, şəriət hökmlərinə görə, qadın, əslinə baxılarsa, kişilərdə olduğu kimi ətrafdakılara hörmət əlaməti olaraq abırlı geyinməldir.

Bununla belə, qeyd olunur ki, bu qaydalar toplusu qadınların bədən və üzlərini tam örtən paltarları geyinmək məcburiyyətində olduqlarını nəzərdə tutmur.

"Hansı geyimi seçmək barədə qərar qəbul etmək qadınların müstəsna hüququ kimi müəyyən edilib", – deyə bin Salman bildirib.

Telekanalın məlumatına görə, krallığın dini liderləri hələ ki, şahzadənin təklifinə etiraz etməyiblər/Report.