XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2018 - 19:35

Mənəvi Dəyərlərin Təbliği Fonduna 6,1 milyon manat ayrıldı –Prezidentdən daha bir sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Mənəvi Dəyərlərin Təbliği Fonduna 6,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.