XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2018 - 23:40

Zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedə biləcəklər –QMİ-dən açıqlama

Bu il Həcc ziyyarətinə gedən zəvvərlardan sağlamlıq haqqında arayışların tələb olunmasına ciddi nəzarət ediləcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin işlər müdiri Həmdullah Babayev Real TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, sənəd qəbulu mayın 15-də başa çataçaq. “Bu il ötən olduğu kimi olmayacaq. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq zəvvarlar Səudiyyə Ərəbistanına avtobusla yox, yalnız təyyarə ilə yollanacaq. Həcc ziyarətinin qiyməti 4150 dollardir. Qiymətə zəvvarlarin gediş-gəliş, oteldə yerləşmə və gün ərzində iki dəfə qidalanması daxildir”, – deyə Həmdullah Babayev. bildirib. Qeyd edək ki, Həcc ziyarətinə gediş avqust ayının 14, 15, 16 və 17-də reallaşacaq. Dönüş isə sentyabr ayının 1,2,3, və 4–nə planlaşdırılır.