XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2018 - 22:06

Papa dünyanı sülhə çağırdı:“Əzablara düçar olmuş sevimli Suriya...”

Roma papası aprelin 1-də dünya katoliklərini Pasxa bayramı münasibətilə təbrik edib.

Papa Fransisk Vatikanda Pyotr meydanında zəvvarlar qarşısında çıxış edib. O, dünyada sülh və əmin-amanlığın bərqərar olunmasına çağırıb. Papa Yaxın Şərqi və Afrika ölkələrini xüsusi qeyd edib. Katoliklərin müqəddəs saydığı torpaqlardan tutmuş "əzablara düçar olmuş sevimli Suriyaya", Cənubi Sudan və Somaliyə qədər sülh yaradılmasına çağırışlar edib.

Papa Fransisk həm də Ukraynadakı münaqişənin tezliklə həll olunacağına, Koreya yarımadasında sülhün bərqərar olunacağına, Latın Amerikası ölkələrində sosial problemlərin çözüləcəyinə ümidini ifadə edib. Papa işsizlik və narkoticarət kimi bəlalarla mübarizənin vacibliyini qeyd edib. Bundan başqa qaçqınlara, miqrantlara, uşaqlara, bütün xoş niyyətli insanlara can sağlığı arzulayıb.

Papa günaha batanları Pasxa münasibətilə bağışlayıb. "Məsih dirildi" – deyərək zəvvarların bayramını təbrik edib. Pasxa – İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır. (Amerikanın Səsi)