XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2018 - 11:40

Maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib –Komitə sədri açıqladı

“Dövlətdən maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib”.

Bunu jurnalistlərə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda fond bu məsələ üzərində işləyir: “Siyahı dəqiqləşdirilir, fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurası da bu məsələni müzakirə edib”.

M.Qurbanlı qeyd edib ki, yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək: “Fondun vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq. Dəstək din xadiminin tutduğu vəzifəyə görə fərqli olacaq. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də fonddan maddi dəstək veriləcək”.

Report