Bu il Azərbaycandan Həcc ziyarətinə 1200 nəfərə yaxın zəvvar gedəcək. Bunu Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.
İdarədən verilən bilgiyə görə, bu rəqəm də təqribidir: “Hələ ki sənəd qəbulu davam edir və iyulun 15-nə kimi davam edəcək”.
Xatırladaq ki, bu il Həcc ziyarətinə zəvvarlar avqustun 14-16-da təyyarə ilə gedəcəklər. Həcc ziyarətindən dönüş isə sentyabr ayının 1-3-nə nəzərdə tutulur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsidir. (Turan)