XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 May 2018 - 15:00

Azərbaycanda 31-i qeyri-islam dini icma dövlət qeydiyyatına alınıb –Dövlət Komitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, sədr müavini Azərbaycandakı dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib. Dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyi diqqətə çatdıran Səyavuş Heydərov bu nümunəvi modelin bütün dünyada maraqla qarşılandığını bildirib. Vurğulayıb ki, hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından Azərbaycanda tolerantlığın milli-mənəvi dəyərlərimizin önəmli hissəsi kimi qoruyub-saxlanılması xüsusilə diqqət mərkəzindədir.

Ölkəmizdə 31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını qeyd edən sədr müavini dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.

 Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə bütün dini konfessiya nümayəndələrinə eyni ehtiramın göstərilməsinin əyani şahidi olduğunu vurğulayıb. M.Şox Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələrinin təmir və bərpa edilməsinin tarixi irsə diqqət və qayğının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz təzahürü olduğunu bildirib.

Görüşdə, eyni zamanda xalqımızın tarixi-mədəni irsində dərin iz qoymuş alman yaşayış məskənlərinin Azərbaycanda salınmasının 200 illiyi münasibətilə icma tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.