XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 May 2018 - 11:51

Azərbaycanda Həcc üçün ayrılan kvota dolub –Mindən çox zəvvar ziyarətə gedəcək  

  

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub.

 Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib. Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.