XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 May 2018 - 12:37

“Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib” –Dövlət Komitəsi

Bu il ərzində Ramazan ayı ilə bağlı başqa təqvim çapına məqsədli şəkildə icazə verilməyib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.

Komitə sədrinin müavini bildirib ki, təqvim çap etmək istəyən bunu yalnız istinadla edə bilər: “Belə halların şahidi olanlar dərhal aidiyyəti şöbələrə müraciət edə bilər”.

 G.İsmaylov məscidlərdə azanların eyni vaxtda verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, vahid mənəvi mühit qorunub saxlanılmalıdır: “Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə yaxından əməkdaşlıq ediləcək. Bu il daha yaxşı nəticələr əldə ediləcək. Ötən il bununla bağlı cəmi bir-iki fakt var idi”.

Bayram namazlarının qılınmasına gəlincə, komitə sədrinin müavini ötən il bu istiqamətdə ciddi problemin qeydə alınmadığını bildirib: “Komitə bu il QMİ ilə birgə bu istiqamətdə də iş aparacaq”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq/Trend.