XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 May 2018 - 16:42

QMİ imsakın vaxtı ilə bağlı bəyanat yaydı:“Hər iki məzhəb üləmalarının fikri ilə qəbul olunub”

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı bəyanat yayıb.

İdarədən APA-ya daxil olan bəyanatda bildirilir ki, QMİ Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur: “İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.

Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.

İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır”.