XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 22:29

Ramazanın 3-cü gününün duası –İmsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günüdür.

Strateq.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən bildirir ki, Ramazan təqviminə əsasən, mayın 19-da Bakıda imsak saat 03:38, iftar isə saat 20:09-dadır.

Ramazan ayının 3-cü gününün duası:

“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

Tərcüməsi:

“İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver”.