XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 20:55

Putin Allaha inamla bağlı sualı cavablandırdı:"İnsan qəlbində inamla doğulur"

Rusiya prezidenti Vladimir Putin ənənəvi illik canlı yayım zamanı Allaha inamla bağlı sualı cavablandırıb.

Dövlət başçısı hesab edir ki, hər kəs qəlbində inamla doğulur, ancaq bəziləri ekstremal şəraitdə bunu anlayır.

“Bu, şəxsi məsələdir. Bununla bağlı publikada danışmaq çox çətindir. Fikrimcə, insan qəlbində inamla doğulur. Müxtəlif insanlar fərqli yerdə və fərqli vəziyyətlərdə bunu anlayır”, – Putin bildirib.

“Belə deyək, İkinci Dünya Müharibəsi zamanı hətta ən qəddar ateistlər belə səngərdən qalxır, hücuma gedir və inanıram ki, onların hamısı Allah barədə fikirləşirdilər.

Elə insan var ki, bunu ekstremal vəziyyət olmadan anlayır. Ancaq çətin vəziyyətə düşəndə hamı bu haqda düşünür”, – rus lider əlavə edib. (Oxu.az)