XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2018 - 18:09

Prezident dini qurumlara pul yardımı ayırdı –QMİ-yə bir milyon manat verildi (SƏRƏNCAM)  

 

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında  Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır.  Müstəqil Azərbaycan Respublikasının məhz xalqın həmin zəngin tarixi təcrübəsinə istinadən uğurla gerçəkləşdirdiyi dövlət–din münasibətləri konsepsiyasının doğruluğu və həyatiliyinin nəticəsidir ki, ölkədəki yüksək tolerantlıq mühiti dini icma və konfessiyaların birgə fəaliyyəti ilə bu gün də lazımınca qorunur.

“Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın”.