XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 14:14

Ermənilər katolikos II Qareginin iqamətgahına basqın edib –Etirazçılar onun istefasını tələb edirlər

 

 Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər.

“Report” bildirir ki, kargüzarlığın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyanın Facebook səhifəsində yazdığına görə, basqın edənlər ultimatum tələbləri ilə çıxış edir, təxribatçı hərəkətlər edirlər. Onlar bu qəbuledilməz hərəkətləri dayandırmaq çağırışlarına məhəl qoymurlar.

Katolikosun istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan KİV-ə bildirib ki, kilsə işçiləri onlara hücum ediblər: “Biz burada katolikos vəzifəsindən imtina edənə qədər qalacağıq”.

Hadisə yerinə polis calb olunub.