XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 10:26

Həcc ziyarətində 2 milyon müsəlman iştirak edəcək-Bu il İran da Məkkəyə zəvvarlar göndərir

Gələn həftə Səudiyyə Ərəbistanına həcc ziyarətinə 2 milyon müsəlman yığışacaq. Bu il İrandan da zəvvarlar var. 2015-ci ildə yüzlərlə iranlının həlak olmasıyla nəticələnmiş hadisədən sonra Tehran Səudiyyəyə zəvvar göndərmirdi.

İslam dininin beş vacib əməlindən biri sayılan həcc ziyarəti avqustun 19-dan 24-dək baş tutacaq.

Dünyada 2 milyard müsəlman var. Hər bir imkanı olan müsəlmandan azı bir dəfə həcc ziyarətinə getməsi tələb olunur.

Avqustun 16-da 1,6 milyondan çox müsəlman artıq Səudiyyə Ərəbistanına çatıb. Məkkəyə varid olan minlərlə zəvvar gəldikləri ölkələri fərqləndirmək üçün müəyyən rəngli libaslar geyiniblər.

Hazırda Səudiyyədə temperatur 40 dərəcədən yuxarıdır. Bu il “smart həcc” təşəbbüsü başladılıb, zəvvarlara səyahət planları və tibbi xidmətdə yardım üçün müxtəlif apps-lər təklif olunub. (azadlıq.org)