XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 16:41

Moskvada minlərlə müsəlman Qurban bayramını qeyd edir –Meriya icmaya 12 meydança ayırıb (FOTOLAR)

Çərşənbə axşamı günü, səhər tezdən Moskvada Qurban bayramının qeyd edilməsinə başlanılıb. Bu bayram İslamda Həcc ziyarəti mövsümünün sona yetməsini işarələyən əsas iki bayramdan biridir.

Hər il Rusiya paytaxtında on minlərlə müsəlman Qurban bayramını qeyd etmək üçün Moskva Cümə məscidinin qarşısına toplaşır.

Moskvada Qurban bayramının qeyd olunması Rusiya paytaxtında fəaliyyət göstərən 5 məsciddə təşkil edilir.

Bayram ərəfəsində Rusiya Müsəlmanları Ruhani İdarəsi və Müftilər Şurasının sədr müavini Ruşan Abbasov qurbanlıq heyvanların şəhər daxilində və ictimai yerlərdə kəsilməsinin yolverilməzliyini xatırladıb.

Qurbanlıq heyvanların kəsilməsi üçün Moskva ətrafında 12 meydança ayrılıb.(BBC)