XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 10:05

Azərbaycan məscidlərində bayram namazı qılınıb- FOTO

Müqəddəs Qurban bayramı ilə əlaqədar avqustun 22-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

Azərtac xəbər verir ki, bayram namazı Bakıda saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınıb.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.