XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 13:39

 Mübariz Qurbanlı: “Qeyri – müsəlman icmalarına hər il yarım milyon dollar verilir”

mubariz-qurbanli-2012Hazırda bəzi müsəlman ölkələrində sünni və şiələr arasında toqquşmalar var. Azərbaycanda isə belə hal yoxdur. Azərbaycanda multikultutal dəyərlərin kökündə Azərbaycan xalqının tərbiyəsi, mentaliteti dayanır. Azərbaycan ailələrində uşaqlar tərbiyə olunarkən kiməsə nifrət hissi aşılanmır.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-dən fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbininn iştirakçıları ilə görüşündə deyib. (Trend)

 

Bakıdakı Heydər Əliyev məscidində sünni və şiələrin birgə vəhdət namazı qıldığını nəzərə çatdıran M.Qurbanlı bildirib ki, tolerant mühitin yaradılması üçün anaların da üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanda dövlət siyasətinin də tolerant mühiti dəstəklədiyini deyən M.Qurbanlı bildirib ki, hər il yarım milyon dollar qeyri-islam icmalarına dəstək kimi verilir. Bundan başqa, məscidlər, sinaqoqlar, kilsələr elektrik enerjisi ilə təminatda güzəştlər alırlar.

Dünyada multukulturalizmin alternativinin olmadığını deyən M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində milli, etnik, dini zəmində toqquşma sayəsində hər gün insanlar ölür. Son 15 ildə bu səbəblərdən ölənlərin sayı orta hesabla 2,5 milyona catıb, ən azı, 50 milyon insan isə öz torpağından didərgin düşüb.

Azərbaycanda münaqişə zonasının olduğunu deyən komitə sədri bildirib ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və köçkün var: “Bu gün kimin ölməsindən asılı olmayaraq, o, dünyanın vətəndaşdır. Dünyanın ən azı, 10 böyük problemi var və BMT 10 aparıcı problem müəyyənləşdirib. Bu problemlərin hamısının həlli üçün bəşəriyyətin dil tapması lazımdır. Ən zəngin ölkələr belə, problemləri təkbaşına həll edə bilməz. Bu problemlərin həllinin ən əsas üsullarından biri sivilizasiyalar, dinlərarası dialoq, miltukulturalizmdir. Əgər biz bir-birimizi irqimizə, dinimizə görə inkar etsək, onda problemləri artıracağıq”.

Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıb.