XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 22:01

“İcra Hakimiyyətinin vəzifəli şəxsləri ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar” – Zeynal Nağdəliyev

1455280466_ze“Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar”.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri – dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində deyib.

Şöbə müdiri bildirib ki, bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir: “Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar”.

Xatırladaq ki, Bakıda şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər” mövzusunda çıxışı dinlənilib.