XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 11:37

Roma Papası və Rus Pravoslav Kilsəsinin rəhbəri arasında tarixi görüş baş tutdu –FOTO

roma-papasiKubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş olub.

TASS agentliyinin verdiyi məlumata görə, bu, tarixdə Rus Pravoslav və  Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür.

Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Din rəhbərləri dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.

“Münaqişələrə son qoymaq, insan həyatına dünyanın hər bir guşəsində hörmətlə yanaşılması naminə birgə çalışmalıyıq”, deyə Patriarx Kirill qeyd edib. Roma Papası, öz növbəsində, danışıqların səmimi şəraitdə keçdiyini vurğulayıb: “Biz iki qardaş kimi söhbət etdik. Çünki dinimiz birdir və eyni yolları arayırıq”.

Tərəflər Kuba hökumətinə görüşün keçirilməsinə imkan yaratdıqlarına görə minnətdarlıqlarını bildiriblər.