XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 12:49

Hindistanın canlı əfsanəsi, ruhsal matriarx Dadi Cankinin 100 illiyi qeyd olundu

dadi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu günlərdə dünyanın hər tərəfindən siyasi liderlər, nazirlər, qubernatorlar, hakimlər, təşkilat rəhbərləri, KİV liderləri, dini rəhbərlər, məşhur aktyorlar Hindistanın Maunt Abu şəhərinə axışaraq, Brahma Kumaris Ümumdüya Ruhsal universitetinin prezidenti, canlı əfsanə Dadi Cankinin yüz illik yubileyini qeyd ediblər. 

Universitetin Sankt-Peterburq filialından strateq.az-a verilən məlumata görə, Dadi Canki insanların və cəmiyyətin həyatında pozitiv dəyişimlər yaratmaq, ruhsal müdrikliyin, universal dəyərlərin, raca yoqa meditasiyasının, sadə və sağlam həyat tərzinin praktikası və təbliği işinə yüz yaşında da sadiqdir.

Dadi Cankinin səriştəli rəhbərliyi və xeyir-duası sayəsində Brahma Kumaris mərkəzləri bu gün dünyanın 140-dan çox ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və mənəvi dəyərlərə, şəxsiyyətin ruhsal təşəkkülünə öyrədir. Hindistanın səhiyyə və ailə rifahı naziri Nadda sağlam cəmiyyət yaratmaq üçün Brahma Kumarisi birləşməyə çağırıb:

“Brahma Kumaris bütün dünyada ruhsallıq vasitəsilə cəmiyyətin dəyişilməsinə bəxş etdiyi xəzinəyə görə məşhurdur. Məlumdur ki, şəkər, xərçəng, astma və s. kimi xəstəliklərin 60%-i həyat tərzindən törəyir. Buna görə də bu xəstəliklərin müalicəsi və profilaktikası üçün ruhsallıq və meditasiya olduqca önəmlidir və Brahma Kumarisin rolunun əhəmiyyətini vurğulayır”.

Nepalın eks-prezidenti Ram Baran Yadav Nepalda ictimai şərin  kökünün kəsilməsndə Brahma Kumarisin rolunu yüksək qiymətləndirdi. Hindistanın Qucarat ştatının qubernatoru Kohli Dadi Cankini təbrik edərək dedi ki, zorakılıq, qəzəb və ictmai şərin ümumi fenomenə çevrildiyi dövrdə Brahma Kumaris ictimai təşkilatı müsbət düşüncə və ruhsallıq sənətinə öyrətməklə cəmiyyətin dəyişilməsində fəal rol oynayır.

Dövlət naziri Haribhay Partibhay Çaudhari Dada Cankini Hindistanın Baş naziri Narenda Modinin adından təbrik edərək qeyd etdi ki, Hindistan hökuməti bu təşkilata hər cür beynəlxalq dəstək verməyə hazırdır.

Racastan ştatının qubernatoru Qulab Çand Katariya çıxışında dedi ki, Dadi Cankinin yüz illiyinin bu cür geniş miqyasda qeyd edilməsi ştat üçün böyük şərəfdir:

“Dadi Canki ilk ruhsal şəxsiyyətdir ki, dünyanın hər tərəfindən insanlar bu yüzilliyi qeyd etməyə gəliblər. Bu ruhsal məclis bizim üçün böyük fəxrdir”.