XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 16:02

Şeyxülislam Beynəlxalq Humanitar Forumu iştirakçılarının şərəfinə ziyafət verib –FOTO

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıya gələn qonaqların şərəfinə ziyafət verib.

Ziyafətdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, yerli və xarici nümayəndə heyətlərinin üzvləri iştirak edir.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.