XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 20:50

Azərbaycanda 861 dini qurum qeydiyyatdan keçib –Mübariz Qurbanlı açıqladı

“Azərbaycanda 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurum qeydiyyatdan keçib. Respublikada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

Komitə sdəri oktyabrın 29-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrılmasından danışıb. Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın Azərbaycanda dini mühitdən razılıq etdiyi bildirilir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı qeyd edilir. (Turan)