XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 09:03

Tacikistanda hicaba qadağa qoyulur –Qadınlar dövlət və özəl idarələrə daxil ola bilməz

Tacikistan hökuməti hicablı qadınların dövlət və özəl idarələrə daxil olmasını qadağan edən qanun layihəsi hazırlayır.

Strateq.az AZƏRTAC-a istinadən  xəbər verir ki, hökumət qadınlara hicab və qara rəngli baş örtüyü taxmağı məsləhət görmür. Bu qurum dəfələrlə əhali arasında izahat işi aparıb, hicablı qadınlara başa salmağa çalışıb ki, bu tacik qadınlarının milli ənənələrinə və mədəniyyətinə ziddir. Bununla belə, ölkədə hicablı qadınların sayı getdikcə çoxalır. Onların arasında gənc qızlar da az deyil.

Tacikistanın hüquq müdafiəçiləri və hicab geyinən qadınlar bu məhdudiyyətləri insan hüquqlarının və azadlıqlarının pozulması kimi qiymətləndirirlər.