XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2019 - 09:46

Roma Papası ilk dəfə Ərəbistana gəlib –Onu 1 milyon katolik qarşılayıb  

Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır.

Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir. “Interfax” agentliyi xəbər verir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək.

Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.