XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 18:32

Türkiyənin Diyanet İşləri Başqanıİslam dünyasının səhvlərindən danışdı

mehmet-gormezden

 

İslam dünyasının 3 əsas məsələdə özünütənqidə ehtiyacı var.  Bu barədə Türkiyənin Dini işlər üzrə naziri (Diyanet İşləri Başqanı)  professor,  doktor Mehmet Gormez açıqlama verib. Türkiyənin CNN Türk kanalında “Hakan Çelik ilə Həftə Sonu” proqramının qonağı olan M.Gormez müsəlman xalqlarının səhvləri ilə bağlı fikirlərini açıqlayıb.  

 

M.Gormez bildirib ki, İslam dünyasının 3 əsas məsələdə özünütənqidə ehtiyacı var. Onun sözlərinə görə din və siyasət əlaqələrini Allahın istədiyi şəkildə bərqərar etmək mümkün olmayıb: “İki seçim arasında qaldıq. Din siyasətin əmrində olacaq, yoxsa siyasət dinin əmrində? Əslində hər iki yanaşma da səhvdir. Dini bütün siyasətlərin üstündə görmək kimi, dinə daha sayğılı bir baxış varkən, bu iki səhvi bir yerdə etdik. Siyasətlə məşğul olanlar bir müddət sonra özlərini dinlə eyniləşdirməyə başlayırlar. Orada müqəddəsləşdirmək başlayır. Daha böyük səhvlər başlayır. Eyni şəkildə din siyasətin əmrində olan zaman müqəddəs dəyərlərimiz bir alətə çevrilir. Din bir alətə çevrilir. Siyasət mahiyyət etibarı ilə güc və maraqlar mübarizəsinə söykənə bilir. Din bu güc və maraqlar mübarizəsində zəifləyir. Bir müddət sonra da dinin bütün yanlışlıqlarımıza legitimlik qazandırmaq mənbəyinə çevrilməsi böyük fəlakət olur. Rəhmət olaraq gələn dinin zorakılıq üçün legitimlik qayqağına çevrilməsi,  rəhmət olaraq gələn dinin bir güc və maraqlar mübarizəsi üçün bir legitimlik mənbəyinə çevrilməsi ən böyük fəlakətlərdən biridir.

 

Digər özünütəqində ehtiyacı olan məsələrdən biri, bizim tarixdə birgə yaratdığımız, inşa etdiyimiz, bütün dünyaya göstərdiyimiz birlikdə yaşamaq təcrübəsini yeniləyə bilməməyimizdir.

 

Əslində 100 il əvvəl heç bir Qərb ölkəsinin paytaxtında xristian, yəhudi, otrodoks, müsəlman, məscid, sinaqoq, kilsə birlikdə mövcud deyildi.  Bunun çox az nümunələri vardı.  150 il əvvəl heç yoxdu.  Amma 100 il əvvəl İstanbulda xristianı, müsəlmanı, nusası, kəldanisi, bütün fərqli inanclar birgə yaşadılar. Bağdad, Şam, İstanbulda tarix boyunca birgəyaşayış təcrübəsini bütün dünyaya öyrədəcəyimiz halda, öyündüyümüz halda, bu böyük təcrübəmizi yeniləyə bilmədik. Bu məsələdə də özünütənqidə ehtiyacımız var”.

 

Strateq.az