XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 16:52

Fransa XİN:"Heç bir ölkə terror təhlükəsindən sığortalanmayıb"

“Dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur. Belə ki, Yeni Zelandiyada və Şri Lankada dəhşətli faciələrin şahidi olduq”.

Bunu Azərbaycan-Avropa Dinlərarası Dialoq və Radikalizmə qarşı Mübarizə Konfransında Fransa Xarici İşlər Nazirliyinin dini məsələlər üzrə müşaviri Jan Kristof Posel bildirib.

“Din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərin dialoqunda dövlət mühüm rol oynayır. Dialoq əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaradır”, – deyən fransalı diplomat dövlətin bu səpgidə dini nəzarətdə saxlamasının arzu olunmadığını, çünki belə müdaxilənin dinin mahiyyətindəki təməl hüquq və azadlıqları poza biləcəyini dilə gətirib.