XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 11:43

“Masallı dindarları” əfv üçün Prezidentə müraciət etdilər

masalli m.jpg

2012-ci ilin sentyabrında Masallıda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs olunmuş dindarlar Prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını xahiş edirlər.

Əldə etdiyimiz məlumata görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbusların müraciəti ilə bağlı Penitensiar Xidmətin rəhbərliyi məlumatlandırılıb.

Qeyd edək ki, mətbuatda “Masallı dindarları” adı ilə təqdim olunan məhbusların cinayət işinə istintaq müddətində silah və narkotik ittihamı da əlavə edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza kəsilib. Sonrakı məhkəmə instansiyaları onların şikayətini təmin etməyib.

Xatırladaq ki, may ayının sonunda Respublika günü münasibəti ilə Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir. Hüquq müdafiəçiləri əfvin bu dəfə həbsdəki jurnalistlərə və siyasi fəallara da aid olunacağına ümid edirlər.

Strateq.az