XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2016 - 07:56

Rusiyada “Allah yoxdur” yazan bloqçunun məhkəməsi başlanıb

 

din mes

 

 

Rusiyanın Stavropol diyarında dindarların hislərini təhqir etməkdə təqsirləndirilən bloqçunun məhkəməsi keçirilir.

 

İki il əvvəl Viktor Krasnov "Vkontakte" sosial şəbəkəsində aparılan mübahisə vaxtı "Allah yoxdu" deyərək İncili "yəhudi nağıllar toplusu" adlandırıb.

 

Məhkəmə prosesi barədə öz Facebook hesabında hüquq müdafiəçisi Pavel Çikov xəbər verir.

"Bloqçu Viktor Krasnovu Pussy Riot işindən sonra dəyişdirilmiş 148-ci maddənin yeni redaksiyası əsasında mühakimə edirlər".

Məlumata əsasən Krasnovun ateist ifadələrini təhqiramiz hesab edən 2 şəxs polisə şikayət edib. Ötən ilin sonunda yerli polis hadisə ilə bağlı açılmış işi prokurluğa göndərib.

 

Müqəssir tanındığı təqdirdə Krasnov 3 il müddətinə azadlıqdan məhrum oluna bilər.

 

Bloqçu onun ifadəsilə bağlı məhkəmə-linqvistik ekspertizanın keçirildiyini bildirir. Onun yekunlarına görə ifadə fərdlərə yox, dini ehkamlara aid olduğu üçün "zərərçəkən tərəfin təhqiri" hesab oluna bilməz.

 

Hərçənd ki, dilçilik üzrə eskpertlərə əsasən "ifadələr pravoslav xristianlığa qarşı təhqiramiz xarakter daşıyır və dindarların hislərinin alçaldılmasına (təhqirinə) yönəlib".

 

Krasnov sosial şəbəkədəki mübahisədən sonra telefonla anonim təhdidlərin daxil olduğunu deyir.